Asiya Parlament Assambleyasının tədbirlərində
Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini İlham Məmmədov Asiya Parlament Assambleyasının (APA) tədbirlərinə qatılmaq üçün iyulun 10-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində APA-nın Büdcə və planlaşdırma üzrə daimi komitəsinin və Nizamnamə sənədləri üzrə işçi qrupunun iclaslarında iştirak edəcək.
Səfər iyulun 12-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi