Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu hava limanında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, hər iki ölkənin səfirləri Rəşad Məmmədov, Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi