Kamboca Krallığında parlament seçkiləri keçiriləcək

Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramin Məmmədov iyulun 20-də Kamboca Krallığının Pnompen səhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində burada iyulun 23-də keçiriləcək parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesinin gedişini, vətəndaşların fəallığını izləyəcək.
Səfər iyulun 25-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi