Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı verib

Sədrin görüşləri
05 avqust 2023 | 13:22   
Paylaşın:        

Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Raça dağlıq bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.

Məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar gürcüstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin ağır nəticələrinin tezliklə aradan qaldırılması diləklərini ifadə edib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU