Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Kamran Bayramov parlamentin müşahidəçi qismində təmsil olunduğu Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş Assambleyasının 44-cü iclasında iştirak etmək məqsədilə avqustun 6-dan İndoneziya Respublikasının Cakarta şəhərində səfərdədir.
Deputatımız iclasda çıxış edib, “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçirilmiş müşahidəçi ölkələrlə dialoq panelinə qatılıb, Milli Məclisin üzv ölkə parlamentləri ilə əməkdaşlığı və gələcək perspektivlər barədə müzakirələr aparıb.
Səfər avqustun 11-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi