Milli Məclisin sədri Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib

Tədbirlər
15 avqust 2023 | 16:45   
Paylaşın:        

Avqustun 15-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə əlaqədar Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dağıstan Xalq Məclisinin sədri Zaur Askenderova başsağlığı məktubu göndərib.

Məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar rusiyalı həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalması diləklərini çatdırıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU