AŞPA-nın komitə iclaslarında

Tədbirlər
06 sentyabr 2023 | 10:45   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq,  Hüquqi məsələlər və insan hüquqları komitələrinin 7-15 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.

Milli Məclisin komitə sədri Səməd Seyidov, həmçinin AŞPA-nın Büro iclasına da qatılacaq.

İclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması,  Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə ediləcək, münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Avropa qarşısında dayanan müasir çağırışlar və regional təhlükəsizlik kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər, qeyd və təkliflərini səsləndirəcəklər, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın Siyasi işlər və demokratiya komitəsində “İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan hüquqlarına meydan oxuması” mövzusunda məruzə ilə çıxış edəcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU