Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Respublikasına rəsmi səfərə gəlib

Sədrin səfərləri
11 sentyabr 2023 | 15:39   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 11-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə Milli Məclisin deputatları - Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Aqil Məmmədov, Anatoliy Rafailov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Sofiya beynəlxalq hava limanında nümayəndə heyətini Bolqarıstan Respublikası Milli Assambleyası sədrinin müavini Filiz Husmenova, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Hamid Hamid, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU