Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanda Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub

Sədrin səfərləri
12 sentyabr 2023 | 10:06   
Paylaşın:        

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər zamanı Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub. Spiker Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.

Parlamentin sədri, Mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. Sahibə Qafarova, mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib.

Milli Məclisin sədri, Mərkəzə həmçinin, "Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.

Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.

Spiker Sahibə Qafarova Mərkəzdə xatirə kitabını imzalayıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU