Milli Məclisin nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyasında iştirak edib

Sədrin səfərləri
12 sentyabr 2023 | 10:30   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Parlament nümayəndə heyəti bu məqsədlə Sofiya şəhərində yerləşən Bakı küçəsinə gəlib. Burada yerləşən parkda spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri ağac əkiblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU