Milli Məclisin sədri Sahibə Qafarova Macarıstana işgüzar səfərə gəlib

Sədrin səfərləri
13 sentyabr 2023 | 15:35   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 13-də V Budapeşt Demoqrafik Sammitində iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə işgüzar səfərə gəlib.

Budapeşt Ferents List hava limanında Milli Məclisin sədrini Macarıstan Prezidentinin Milli Müdafiə Direktorluğunun rəhbəri İştvan Kun-Szabo, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın V Budapeşt Demoqrafik Sammitində çıxışı nəzərdə tutulub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU