AŞPA komitəsinin iclasında
Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə sentyabrın 17-də Fransa Respublikasının Paris şəhərinə səfər edəcək.
Deputatımız iclasda çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.
Səfər sentyabrın 20-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi