Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 17-də “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcəkdir.
Deputatımız konfransın işində iştirak edəcək, tədbirin mövzusuna dair müzakirələrə qatılacaq.
Səfər sentyabrın 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi