İtaliyalı senator Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”ni qınayıb

Tədbirlər
19 sentyabr 2023 | 14:52   
Paylaşın:        

İtaliya Respublikası Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Marko Skurria Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayıb.

İtaliyalı Senator Cənubi Qafqazda cərəyan edən prosesləri yaxından izlədiklərini bildirib, regionda Azərbaycan və Ermənistan xalqlarının faydalanacağı ədalətli və dayanıqlı sülhə nail olunmasına dair diləklərini çatdırıb, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsində həmişə aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanan mövqe sərgilədiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımadıqlarını bəyan edən Marko Skurria, belə qanunsuz hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozduğunu və beynəlxalq ictimaiyyət tərəfindən pislənməli olduğunu vurğulayıb.

 Məktubun sonunda, regionda sülh gündəminə və normallaşma prosesində göstərilən səylərə, habelə etnik erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiyası çərçivəsində reinteqrasiyasına qəti dəstək ifadə edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU