Milli Məclisin deputatı İsveçrə Konfederasiyasında səfərdə olacaq

Tədbirlər
02 oktyabr 2023 | 15:11   
Paylaşın:        

Milli Məclisin deputatı Kamal Cəfərov BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin Ermənistan üzrə dövri hesabatının təqdimat iclasında iştirak etmək üçün oktyabrın 3-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.

Tədbirdə Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini kimi mövqe sənədini təqdim edəcək.

Səfər çərçivəsində Milli Məclisin deputatının Qərbi azərbaycanlıların geri dönüş hüququnun tanınması məsələsi ilə bağlı BMT-nin insan hüquqları üzrə məruzəçiləri ilə görüşü də nəzərdə tutulur.

Səfər oktyabrın 8-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU