Milli Məclisin deputatları Qazaxıstanda səfərdə olacaqalar

Tədbirlər
02 oktyabr 2023 | 16:27   
Paylaşın:        

Milli Məclisin deputatları Nizami Cəfərov və Fatma Yıldırım oktyabrın 3-də Qazaxıstanın paytaxtı Astana şəhərinə, sonra isə oktyabrın 5-də Türküstan şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi “Şuşa günləri” tədbirlərində iştirak edəcəklər.

Səfər oktyabrın 6-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU