Deputatlarımız NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcəklər

Tədbirlər
05 oktyabr 2023 | 09:37   
Paylaşın:        

Milli Məclisin deputatları - NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-da Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcəklər.

İllik sessiya çərçivəsində qurumun Bürosunun, Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək. Deputatlarımız iclaslarda müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 10-da başa çatacaq.

  Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU