AŞPA-nın payız sessiyası keçiriləcək

Tədbirlər
06 oktyabr 2023 | 18:25   
Paylaşın:        

Oktyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Fazil Mustafa, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Sessiyada AŞPA Bürosunun və Daimi Komitəsinin hesabatı dinləniləcək, Monteneqroda erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Əlilliyi olan qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə, Münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Uşaqların və gənclərin psixi sağlamlığı və rifahı mövzuları müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.

Sessiyada Səməd Seyidovun “İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan haqlarına meydan oxuması” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.

  Oktyabrın 11-də isə deputat Kamal Cəfərov Polşanın Varşava şəhərinə 1 günlük səfər edəcək. O, Varşavada keçiriləcək “Evə qayıdış: qaçqınların geri qayıtma hüquqlarının müdafiəsi” adlı tədbirdə iştirak etdikdən sonra yenidən AŞPA-nın Strasburqda davam edən payız sessiyasına qatılacaqdır. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU