Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumları pisləyib
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.
Bəyanatda bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumlar qətiyyətlə pislənilib.
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.
Qeyd olunub ki, bu çətin zamanda İsrail xalqının yanındayıq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi