Milli Məclisin nümayəndə heyəti Kopenhagendə bir sıra ikitərəfli görüşlər keçirib

Tədbirlər
09 oktyabr 2023 | 17:40   
Paylaşın:        

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları - NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-dan Danimarka Krallığının Kopenhagen şəhərində səfərdədirlər.

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Danimarka, İspaniya, Portuqaliya, Serbiya və Norveç nümayəndə heyətləri ilə ikitərəfli görüşlər zamanı parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib. Xüsusi olaraq Cənubi Qafqazda cərəyan edən hadisələr, hazırkı durum barədə onlar məlumatlandırılıb. Həmin ölkələrin  nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərimizdəki son vəziyyət, son zamanlar Azərbaycanı tərk edən erməni sakinlərin aqibətinin necə olacağı barədə suallarına cavab olaraq bildirilib ki, erməni vətəndaşlar öz seçimlərinə uyğun, könüllü şəkildə Qarabağı tərk ediblər. Eyni zamanda, Azərbaycan tərəfindən erməni sakinlər üçün hökumət tərəfindən reinteqrasiya proqramının hazırlandığı və təqdim olunduğu, ərazini tərk etmiş insanların geri qayıdışı üçün tam şəraitin yaradıldığı onların diqqətinə çatdırılıb.

Sessiya çərçivəsində nümayəndə heyətimizin Türkiyə nümayəndə heyəti ilə də görüşü olub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər oktyabrın 10-da başa çatacaq.

  Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU