Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər

Tədbirlər
10 oktyabr 2023 | 09:57   
Paylaşın:        

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın və Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın,  deputatlar Rüfət Quliyev, Malik Həsənov və Mixail Zabelin qurumun İqtisadiyyat və maliyyə, Nəzarət-büdcə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün oktyabrın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Millət vəkilləri MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək “Dağlıq ərazilərin davamlı inkişafı” adlı beynəlxalq forumun işində iştirak edəcəklər.

Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 15-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU