Milli Məclisin deputatı Avstriyaya səfər edəcək
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili oktyabrın 16-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcək.
Deputat səfər çərçivəsində Avstriya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcək.
Səfər oktyabrın 19-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi