Milli Məclisin deputatı Çexiyaya səfər edəcək

Tədbirlər
17 oktyabr 2023 | 10:43   
Paylaşın:        

Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev oktyabrın 18-də Çexiyanın paytaxtı Praqa şəhərinə səfər edəcək.

Deputat səfər çərçivəsində bu ölkənin parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcək.

Səfər oktyabrın 20-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU