Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Tədbirlər
18 oktyabr 2023 | 16:38   
Paylaşın:        

Oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə  tər çiçəklər düzüb.

Sonra nümayəndə heyəti, Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov və  digər rəsmi şəxslər müşayiət ediblər.

 

*****

Sonra Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisin inzibati binasına gəlib.

Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti və qanunvericilik prosesinin həyata keçirilməsi prosesi haqqında geniş məlumat verilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olan qonaqlara Milli Məclisin foyesində yaradılmış həmin guşə haqqında məlumat verilib. Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış həmin Guşəyə müharibə dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Qonaqlar Guşədə yer alan Vətən müharibəsində qələbə münasibətilə təsis olunmuş orden və medallarla da tanış olublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU