Parlamentlərarası İttifaqın tədbirində

Tədbirlər
20 oktyabr 2023 | 09:50   
Paylaşın:        

Milli Məclisin deputatları Elnur Allahverdiyev, Kamran Bayramov, Sevil Mikayılova, parlament aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər Parlamentlərarası İttifaqın 147-ci Assambleyasının işində iştirak etmək üçün oktyabrın 22-də Anqola Respublikasının Luanda şəhərinə səfər edəcəklər.

Deputatlarımız Assambleyanın “Sülhün, ədalətin və güclü təsisatların dəstəklənməsi istiqamətində parlamentlərin fəaliyyəti” mövzusunda ümumi müzakirələrə qatılacaqlar, qurumun daimi komitələrinin iclaslarında müzakirə edilən məsələlərə  münasibət bildirəcəklər.

147-ci Assambleya çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təşkilatın institusional inkişaf prosesinə, beynəlxalq fəaliyyətinə və əməkdaşlıq perspektivlərinə həsr olunmuş iclası keçiriləcək.

Səfər oktyabrın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU