MDB PA-nın tədbirlərində

Tədbirlər
23 oktyabr 2023 | 12:08   
Paylaşın:        

Oktyabrın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlar Tamam Cəfərova və Sabir Hacıyev MDB PA-nın tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar MDB PA-nın Elm və təhsil, Mədəniyyət, informasiya turizm və idman, Hüquqi məsələlər daimi komissiyalarının iclaslarında, həmçinin beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin MDB regionunda inteqrasiya mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxışı nəzərdə tutulur.

Deputatların səfəri oktyabrın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU