Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gəlib

Sədrin səfərləri
25 oktyabr 2023 | 14:34   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 25-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU