İraq Nümayəndələr Şurasının üzvləri ilə görüşdə

Tədbirlər
27 oktyabr 2023 | 15:41   
Paylaşın:        

Oktyabrın 27-də Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İraq Respublikası Nümayəndələr Şurasının  üzvləri görüşüb.

Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq onları Azərbaycan parlamentində görməkdən məmnun olduqlarını bildirib. O, ölkələrimiz arasındakı tarixi əlaqələrdən söz açaraq Azərbaycanın İraqla həm dövlətlərarası, həm də parlamentlərarası münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.

İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihi onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Ərşad Salihi bölgədə gedən prosesləri yaxından izlədiklərini, Qarabağın azad olmasına sevindiklərini qeyd edərək Azərbaycanın regionda sülhün və tərəqqinin möhkəmləndirilməsi uğrunda səylərini yüksək qiymətləndirib. O, Azərbaycanla müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Anar İsgəndərov, Rəşad Mahmudov, İraq Respublikası Nümayəndələr Şurasının üzvləri  Nuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi çıxış edərək qarşılıqlı əlaqələrin, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər. Deputatlar vurğulayıblar ki,  parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU