Milli Məclisin deputatları QDİƏT PM-in tədbirlərində iştirak edəcəklər

Tədbirlər
28 oktyabr 2023 | 11:41   
Paylaşın:        

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM-də) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri Jalə Əhmədova və Ramin Məmmədov bu qurumun komitə iclaslarında iştirak etmək üçün oktyabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və deputat Jalə Əhmədova Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin, deputat Ramin Məmmədov isə Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcəklər.

Səfər noyabrın 1-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU