Milli Məclisin sədri Sahibə Qafarova Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Sədrin səfərləri
02 noyabr 2023 | 15:23   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 2-də bu ölkə parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su və qrupun üzvləri ilə görüşüb.

Ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunduğu görüşdə siyasi təmasların - yüksək səviyyəli səfərlərin, görüşlərin bu əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.

Spiker Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsindən, deputatların qarşılıqlı əməkdaşlığından razılığını bildirib, parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Suh Byunq Su Milli Məclisin sədri Sahibə Qafarovanın bu səfərinin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib, özünün Azərbaycana səfərləri və xoş təəssüratları barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə və parlamentlərimiz arasında münasibətlərin daha da inkişafına dair fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU