Milli Məclisin deputatları İraq Respublikasına səfər edəcəklər

Tədbirlər
07 noyabr 2023 | 11:38   
Paylaşın:        

Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və deputat Əminə Ağazadə noyabrın 8-də İraq Respublikasının Bağdad şəhərinə səfər edəcəklər.

Millət vəkilləri  Asiya Parlament Assambleyasının Siyasi işlər üzrə daimi komitəsinin iclasında iştirak edəcəklər.

İclasda “Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətləri haqqında”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın təmin edilməsinə dair”, “Demokratiya yolu ilə harmonik inkişafa dair” və digər qətnamə layihələri müzakirə ediləcəkdir.

Səfər noyabrın 12-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU