Milli Məclisin deputatı Amerika Birləşmiş Ştatlarına səfər edəcək

Tədbirlər
07 noyabr 2023 | 12:00   
Paylaşın:        

Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov noyabrın 12-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.

Səfər çərçivəsində millət vəkili Yəhudi Parlamentarilərin Beynəlxalq Şurasının forumunda iştirak edəcək. Forumda parlamentarilər arasında dialoq və əməkdaşlıq, demokratiya prinsiplərinin, insan haqlarının dəstəklənməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər noyabrın 17-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU