Avronest Parlament Assambleyasının komitə iclaslarında
Milli Məclisin deputatları – Azər Kərimli, Tural Gəncəliyev, Vüqar Bayramov və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün noyabrın 12-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.
Deputatlarımız qurumun Bürosunun, Siyasi, İnsan haqları və demokratiya, Enerji təhlükəsizliyi komitələrinin birgə iclaslarında iştirak edəcəklər, qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər noyabrın 14-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi