Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyanın Şura iclasında iştirak edib

Sədrin səfərləri
17 noyabr 2023 | 10:21   
Paylaşın:        

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyanın (MDB PA) Şura iclası keçirilib. İclasda bir sıra təşkilati və gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbirdə həmçinin Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, o cümlədən təşkilata üzv ölkələrin bəzi parlament təmsilçiləri MDB PA tərəfindən təltif ediliblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU