Milli Məclisin deputatları Meksikaya səfər edəcəklər

Tədbirlər
21 noyabr 2023 | 10:28   
Paylaşın:        

Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və işçi qrupun üzvü Elşad Mirbəşir noyabrın 22-də Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərinə səfər edəcəklər.

Deputatlar səfər çərçivəsində Meksika parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər, həmçinin Qvadalaxara şəhərində keçiriləcək beynəlxalq kitab sərgisini ziyarət edəcəklər.

Səfər noyabrın 29-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU