Milli Məclisin deputatı AŞPA-nın tədbirlərində iştirak edəcək

Tədbirlər
25 noyabr 2023 | 10:52   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tədbirlərində iştirak etmək üçün noyabrın 26-da Lixtenşteyn Knyazlığının Vaduts şəhərinə səfər edəcək.

Səməd Seyidovun qatılacağı AŞPA-nın Daimi Komitəsinin iclasında Polşada parlament seçkilərinin müşahidəsi ilə bağlı, “Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf”, “Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzularda və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Tədbirdə, həmçinin, Daimi Komitənin növbəti iclaslarının yeri və vaxtı müəyyənləşdiriləcək.

Səfər çərçivəsində Səməd Seyidov qurumun Büro iclasında da iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək.

Səfər noyabrın 29-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU