Asiya Parlament Assambleyasının tədbirində
Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə qurumun İcraedici Şurasının iclasında iştirak etmək üçün noyabrın 26-da Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.
Tədbirdə bir sıra məsələlər, o cümlədən Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya” haqqında qətnamə layihəsi müzakirə olunacaq.
Səfər noyabrın 29-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi