Parlamentlərarası əməkdaşlıq üzrə qlobal forumda

Tədbirlər
27 noyabr 2023 | 12:33   
Paylaşın:        

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov noyabrın 30-da keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Parlamentlərarası Əməkdaşlıq üzrə İkinci Qlobal Forumda iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər.

Forumda dayanıqlı inkişaf sahəsində qarşıya qoyulan məqsədlərə və vəzifələrə nail olmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və parlamentlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər dekabrın 3-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU