Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş seminar keçiriləcək

Tədbirlər
28 noyabr 2023 | 14:18   
Paylaşın:        

Milli Məclisin deputatı Ceyhun Məmmədov noyabrın 29-da və 30-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında keçiriləcək seminarda iştirak edəcək.

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi - 100” adlı seminarda Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə multikulturalizmin inkişafı sahəsində həyata keçirilmiş işlər barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU