Milli Məclisin deputatı BMT-nin Forumunda iştirak edəcək
Milli Məclisin deputatı Şahin İsmayılov BMT çərçivəsində Azlıq Məsələləri Forumunun 16-cı sessiyasında iştirak etmək üçün noyabrın 29-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Sessiyada “Azlıqlar və vahid cəmiyyətlər: bərabərlik, sosial inklüzivlik və sosial-iqtisadi inkişaf” mövzusunda müzakirələr aparılacaq.
Səfər dekabrın 2-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi