Milli Məclisin deputatı Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Tədbirlər
04 dekabr 2023 | 16:27   
Paylaşın:        

Milli Məclisin deputatı Sevil Mikayılova dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ-nin)  Dubay şəhərinə səfər edəcək.

Millət vəkili Parlamentlərarası İttifaq və BƏƏ Federal Milli Şurasının birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək iclasda iştirak edəcək.

Səfər dekabrın 8-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU