Almaniyanın Berlin şəhərində Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək

Tədbirlər
06 dekabr 2023 | 11:54   
Paylaşın:        

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 7-də Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.

Vitse-spiker burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edəcək.

Səfər dekabrın 11-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU