AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında
Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai bu qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün dekabrın 7-də Fransanın Paris şəhərinə səfər edəcək.
Tədbirdə miqrant işçilərin məşğulluğu, miqrantların, qaçqınların və sığınacaq üçün müraciət edənlərin itkin düşməsi, sığınacaq verilməsi prosedurlarında insan hüquqlarına riayətin təmin olunması kimi mövzular müzakirə olunacaq, komitənin əvvəlki iclaslarının protokolları təsdiqlənəcək, təşkilati işlərə baxılacaq.
Səfər dekabrın 9-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi