REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
19 aprel 2013 | 03:04   
Paylaşın:        

Aprelin 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə iclası açaraq gündəliyə daxil olan məsələləri deputatların nəzərinə çatdırdı.
Bildirildi ki, iclasda “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunda dəyişiklik edilməsi barədə” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” sənədlər müzakirə olunacaq.
Birinci məsələ ilə bağlı komitə sədri qeyd etdi ki, qanunun 9.8-ci maddəsində edilmiş düzəlişə əsasən müvafiq icra hakimiyyəti orqanları  prospekt, küçə, meydan və ərazi vahidinin digər tərkib hissələrinə ad verdikdə və ya dəyişdirdikdə bu barədə üç gün ərzində aidiyyəti qurumları  məlumatlandırmalıdır.
İkinci məsələyə dair açıqlamasında Arif Rəhimzadə bildirdi ki, dəyişikliyə görə Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi nəzərdə tutulur. 
Fikir mübadiləsindən sonra komitə üzvləri yekdilliklə hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmasını qərara aldılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU