Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Tədbirlər
08 dekabr 2023 | 17:51   
Paylaşın:        

Dekabrın 8-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Fedarasiya Şurası sədrinin birinci müavi Andrey Yatskinin başçılıq etdiyi nümyəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə  tər çiçəklər düzüb.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatları Rusiya ilə əlaqələr üzrə işçi qrupunun üzvləri Mixail Zabelin, Ağalar Vəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU