Milli Məclisin deputatları Türkiyədə səfərdə olacaqlar

Tədbirlər
08 dekabr 2023 | 20:03   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Əziz Ələkbərov, Nizami Cəfərov, Naqif Həmzəyev, Cavanşir Feyziyev, Anar İsgəndərov və deputat  Ramin Məmmədov dekabrın 11-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrımın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlar  öz həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Səfər dekabrın 15-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU