Zəngəzur dəhlizi ilə bağlı simpozium keçiriləcək
Milli Məclisin deputatı Ramil Həsən dekabrın 13-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.
Səfərdə deputat “Zəngəzur dəhlizi: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə təsiri” mövzusunda İstanbul Bilgi Universitetində keçirilək simpoziumda iştirak edəcək.
Səfər dekabrın 15-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi