Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədri Numan Kurtulmuşa başsağlığı verib

Sədrin çıxışları
15 dekabr 2023 | 09:32   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb.

Parlamentin sədri TBMM-in deputatı Hasan Bitməzin vəfatı ilə əlaqədar öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından başsağlığı verib,  mərhumun ailə üzvlərinə və yaxınlarına səbir diləyib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU