Milli Məclisin deputatı Türkiyədə səfərdə olacaq

Tədbirlər
16 dekabr 2023 | 10:48   
Paylaşın:        

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dekabrın 17-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Parlamentin komitə sədri müəllifi olduğu, türk dilinə tərcümə edilmiş “Zamana sığmayan Lider Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı kitabın İbn Haldun Universitetində keçiriləcək təqdimat mərasimində iştirak edəcək.

Səfər dekabrın 19-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU