MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ

Tədbirlər
29 dekabr 2023 | 12:38   
Paylaşın:        

Media nümayəndələrinin diqqətinə çatdırırıq ki, Milli Məclisin 2024-cü il yaz sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanı rəhbərinin adından akkreditasiyadan keçməli olan, Media Reyestrinə daxil edilmiş əməkdaşların anket məlumatları (adı, soyadı və atasının adı, tutduğu vəzifə) göstərilməklə parlament Aparatı rəhbərinin adına müraciətinizi 2024-cü ilin yanvar ayının 20-dək Milli Məclisin office@meclis.gov.az e-poçtuna və ya məktub şəklində parlamentin poçt ünvanına (AZ1152, Bakı, Parlament prospekti 1) göndərməyiniz xahiş olunur.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU